16 C
BAKI
29 April 2024
Guninfo.net
Image default
BANNER ƏYALƏT

SON DƏQİQƏ!Qarabağda bu səbəbdən gərginlik artdı – Xankəndində etiraz aksiyası

Müxalif “Mənim haqqım” hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar.

GUNinfo.az bildirir ki,  etirazçılar separatçı oliqarxların “korrupsiya gəlirləri” ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər.

Beləki, aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir “qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz “ədliyyə nazirliyi”nin tələb olunan “qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər. Axşam saatlarında hərəkat fəalları “rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla razılaşıblar. Etirazçılar “hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.

Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın niyə qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda isə qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrılsın. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.

Bu vəsaitindən hələ də siyasi oyunların alətinə çevrilən sadə ermənilərə kömək edəcəyi isə sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və zəlil Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır.

Hakobyan bildirib ki, onun təklif etdiyi dəyişikliklər nəzərə alınmayıb və bu səbəbdən imzasını geri götürüb. “Artsax Demokratik Partiyası” ndan olan “deputat” da “rus dili qərarını” boykot edib.

“Qanun” Araik Arutyunyan adlı quldur separatçı tərəfindən hələ imzalanmayıb.

Ermənistanda da qərara birmənalı qiymət yoxdur, amma belə görünür ki, bu, Rusiyaya münasibətdə yeni bir siyasi oyundur, ermənilər Moskva ilə yıxılmış münasibətlərini yenidən bərpa etmək istəyirlər.

““Çiçəklənən Ermənistan” partiyası yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaq yaradılması barədə qanun layihəsini parlamentə təqdim edəcək”. Bunu partiyanın deputatı Naira Zöhrabyan brifinqdə bəyan edib. Erməni deputat rus dilinə “rəsmi dil statusu” verilməsini məntiqi adlandırıb və eyni zamanda, Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmağı təklif edib.

Deputat deyib ki, müharibədən sonra “Ermənistan və Dağlıq Qarabağ sərhədlərinin təhlükəsizliyinin qarantı Rusiyadır və bu səbəbdən ölkələrarası münasibətlərə yenidən baxmaq lazımdır: “İnanırıq ki, Rusiya ilə yeni hərbi-siyasi ittifaq qurmağın vaxtı gəlib və bu yaxınlarda detallı bir layihə təqdim edəcəyik”.

Xankəndi və ərtaf bölgələrdə məskunlaşmış erməniləri isə Rusiya və rus dili məsələsi yox, gələcəkləri düşündürür. Martın 25-də Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

GUNinfo.az

Rüfət

Bənzər yazılar

Tofiq Yaqubludan Əli Kərimli və Gültəkin Hacıbəyli ilə bağlı ŞOK AÇIQLAMA – VİDEO

Yüksək vəzifəli şəxslər SAXLANILDI: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu rayonda əməliyyat KEŞİRİR

Bakıda oteldə saxlanılan narkobaron qadın vəzifəli şəxs imiş – İmkanlı kişilərlə görüşərək GÖRÜN NƏLƏR EDİB / FOTOLAR

Fikrət Fərhadoğlu

TƏCİLİ!Erməni terrorçuları yenidən əsgərlərimizə hücum etdi – Qarabağdan NƏ BAŞ VERİR?

admin

Son Dəqiqə! Prezident Mikayıl Cabbarova daha bir yüksək VƏZİFƏ VERDİ

Fikrət Fərhadoğlu

Sigara ve alkollü içeceklerle ilgili önemli haber – FİYATLAR ARTACAK

Fikrət Fərhadoğlu