14 C
BAKI
06 May 2024
Guninfo.net
Image default
BANNER KRİMİNAL

TƏCİLİ! DTX Müdafiə Nazirliyində ƏMƏLİYYAT KEÇİRDİ – həbs edilən var

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

GUNinfo.az “qafqazinfo”ya istinadla xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Bundan başqa Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.

Bənzər yazılar

Fəttah Heydərovu o əvəzləyir – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ! DTX və DİN təcili Şuşada ƏMƏLİYYAT KEÇİRDİ +FOTO

admin

Azərbaycanda gecə yarısı DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: Ölü və ÇOX SAYDA YARALI VAR

Fikrət Fərhadoğlu

Hərbi xidmətdə əlil olan şəxsdən vəsiqə üçün 1200 manat TƏLƏBİ- DSMF-nin Gədəbəy şöbəsində rüşvət oyunu

admin

İşsizlərə ŞAD XƏBƏR! Dövlət ödəcəyək, pul veriləcək – RƏSMƏN TƏSTİQLƏNDİ

Fikrət Fərhadoğlu

Prezidentdən Laçın şəhəri ilə bağlı SƏRƏNCAM

Fikrət Fərhadoğlu