Ötən gün axşam saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində qətl hadisəsi törədilib. 

GUNinfo.net BAKU.TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində bir ailənin dörd üzvü bıçaqlanıb. Zərəçəkmişlər arasında 83 yaşlı Elbrus Muradov, həyat yoldaşı 77 yaşlı Şahirə Muradova, övladları 51 yaşlı Rahil Muradov və nəvələri 25 yaşlı Elbrus Ağalarov olublar.

Hadisə zamanı iki nəfər həyatını itirib, birinin isə vəziyyəti ağır olaraq qalır.

Çəkiliş zamanı zərərçəkmişlərin qohumları dindirilib. Onlar cinayətin kim tərəfindən törədildiyindən xəbərsiz olduqlarını deyiblər. Bildiriblər ki, maskalı şəxs qətli törətdikdən sonra evi dağıdaraq, əşyaları oğurlayıb.

Ətraflı videoda:

BAKU.WS

VİDEO