Futbol üzrə Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün F qrupunda iki qarşılaşma baş tutacaq. Macarıstan millisi Bakı vaxtı ilə saat 20:00-da Portuqaliya ilə üz-üzə gələcək.

Qrupun digər matçı isə Fransa və Almaniya komandaları arasında olacaq. “Allianz Arena”da oynanacaq görüş saat 23:00-da başlayacaq.

15 iyun
F qrupu

20:00. Macarıstan – Portuqaliya
23:00. Fransa – Almaniya