Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib.

BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı kadrlarda iki tankın eyni anda məhv olduğu görünür.

Bu metod Azərbaycan ordusunda “yəhudi buterbrodu” adlanır və Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun adı ilə bağlıdır.

Belə ki, Albert, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurmuşdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

Bu gün yayılan kadrlarda da eyni metodu müşahidə edirik.