Oktyabrın 7-də “HƏMAS” qruplaşmasının İsrailə hücumu zamanı qanlı gölə çevrilən “Supernova” festivalında sağ qalan daha bir iştirakçı başına gələnləri danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Dailymail” nəşri məlumat yayıb.

Çikaqodan olan 28 yaşlı Liroy Aleks baş verənlərin əvvəl bir zarafat olduğunu düşünüb, daha sonra isə partlayış səsləri eşidib. O bu səsin də atəşfəşanlıq olduğunu zənn edib. Sonda Aleks “HƏMAS” üzvlərinin paraşüdlərlə həmin əraziyə endiyini görüb.

Partlayış səsləri çoxalan zaman festivalda musiqi tamaimilə söndürülüb. Daha sonra Aleks 911 xidmətinin oradan köməyi ilə xilas olub.

O, ABŞ-da çilingər işləyirmiş.Məlumat üçün bildirək ki, 3000 şəxsin qatıldığı “Supernova” festivalında 260-dan çox iştirakçı “HƏMAS” tərəfindən qaətlə yetirilib. Onlar arasında yerli vətəndaşlarla yanaşı, xarici vətəndaşlar da var.