“Atalanta” – “Torino” qarşılaşmasında (3:3) maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, meydan sahibləri ilk 21 dəqiqə ərzində rəqib qapısından 3 cavabsız top keçirməklə böyük üstünlük qazanıb. Bu an, yəni oyunun 33-cü dəqiqəsində hakim Françesko Furno “Atalanta”nın müdafiəçisi Kristian Romeronun rəqibin hücumçusu Andrea Belottiyə qarşı kobud oynadığını düşünərək birinciyə sarı vərəqə göstərib, berqomalıların qapısına cərimə zərbəsi təyin edib.

Bu an yerdən qalxan Beoltti hakimə yaxınlaşaraq ona qarşı qayda pozuntusunun olmadığını deyərək “sarı”nın ləğv olunmasını xahiş edib. Referi vərəqənin qüvvədən düşdüyünü deyib. Epizodun davamında isə Belotti topu “Atalanta”ya qaytarıb.

Bir daha qeyd edək ki, həmin vaxt Belottinin komandası hesabda 0:3 geridəydi.

Həmin epizoddan olan görüntünü təqdim edirik.