İsveçdə “Savadelans” klubunda çıxış edən Ayxan Cabbarov yerli mətbuatın diqqət mərkəzindədi.

GUNinfo.az -ın məlumatına görə, “Partille” qəzeti azərbaycanlı futbolçunun komandasının “Angelholm”la 2:2 oynadığı matçdan sonra Cabbarov barədə yazıb:

“Ayxan Cabbarov bu mövsüm komandaya transfer olunub. Artıq oyunlara start heyətində başlayır. O, texnikaya və yüksək sürətə malikdir”.

“Göteborq”un aşağı yaş qrupunda çıxış etmiş Cabbarov hazırda İsveç 2-ci liqasında yarışan “Savadelans”da oynayır.

Mənbə: Sportal.az

 

1636321608