Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə PSJ, “Borussiya” (Dortmund), “Napoli”, “Benfika”, “Ayaks” və “Milan” klubları maraqlanır.

“Vunderkid”in xüsusilə PSJ klubunun hədəfində olduğu və Paris təmsilçisinin bu yay Ardanı transfer etmək istədiyi bildirilir.

“Fənərbağça” Güleri birbaşa transfer etmək istəyən klubların 25 milyon avrodan başlayan təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, futbolçunun “sarı-lacivərtlər”lə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Arda Güler cari mövsüm 27 oyunda 6 qol vurub, 4 assistə imza atıb.