İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

GUNinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İradə Akif qızı Gülməmmədova Azərbaycanda yeganə xanım icra başçısı idi.

İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil davam etdirmişdir.

İradə Gülməmmədova Yeni Azərbaycan Partiyasının üzvüdür.

İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var.