26 C
BAKI
28 April 2024
Guninfo.net
Image default
BANNER SİYASƏT

ŞAD XƏBƏR!Dizel yanacağı ilə bağlı qərar verildi, BUNDAN SONRA…- Əli Əsədov təstiq etdi

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiq edib.

GUNinfo.az  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir, subsidiya ödənilməsini Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, bu barədə illik icmal hesabatını növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan MR-nın Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 15 fevral 2022-ci il tarixinə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

Naxçıvan MR-nın Nazirlər Kabineti isə bu qərarla müəyyən edilmiş müddəalar əsasında muxtar respublikada avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.

Bənzər yazılar

Putin mühüm fərman imzaladı – QADAĞAN EDİLDİ

SON DƏQİQƏ! Putin Bakı və İrəvana ÇAĞRIŞ ETDİ – ‘SON HƏLL YOLU…’

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ: Müzəffər Azərbaycan Ordusu Laçında – RƏSMİ

admin

DƏHŞƏTLİ MÜAHƏRİBƏYƏ QƏRAR VERİLDİ? – NATO – nun 26 ölkəsi Rusiyanın sərhəd ərazilərin bombalayır – SON DƏQİQƏ

admin

Bayraktar TB-2-lər TARİX YAZIR: 1 hərbi hissə, 2 ədəd S 300 MƏHV EDİLDİ – Qafan və Görüsda QAÇHAQAÇ

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ! Paşinyandan Qarabağ ermənilərinə SENSASİON ÇAĞIRIŞ

Fikrət Fərhadoğlu